Filiallarda pul köçürmə qaydaları
- Pul göndərmək istəyən müştəri “Xəzri” sistemi ilə tərəfdaşlıq edən bank filialına yaxınlaşır
- Müştəri şəxsiyyətini təsdiq edən sənədi təqdim edir
- Bank əməliyyatçısına köçürüldüyü ölkə, valyutanın növü, məbləğ, pulu alacaq şəxsin SAA barədə məlumat verməlidir
- Köçürülən məbləğ və xidmət haqqı kassaya ödənilir
- Bank əməliyyatçısı tərəfindən köçürmə haqqında bildiriş müştəriyə təqdim edilir və pulu alacaq şəxsə SMS info ilə köçürmə haqqında məlumat göndərilir
Filiallarda pul alma qaydaları
- Köçürülən pulu almaq istəyən müştəri “Xəzri” sistemi ilə tərəfdaşlıq edən bank filialına yaxınlaşır
- Müştəri şəxsiyyətini təsdiq edən sənədi təqdim edir
- Bank əməliyyatçısına köçürmənin nəzarət nömrəsi barədə məlumat verməlidir
- Bank əməliyyatçısı tərəfindən ödəmə barədə bildiriş müştəriyə təqdim olunur və pul vəsaiti kassadan ödənilir